AZ

Trent Aleksander-Arnold “Liverpul”dan gedəcəyini açıqladı

“Liverpul”un 26 yaşlı ingiltərəli sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold cari mövsümün sonunda “qırmızılar”dan ayrılacaq.

Arena.az məlumat verir ki, Aleksander-Arnold bu barədə özünün “X” sosial şəbəkə hesabı üzərindən məlumat paylaşıb:

“Liverpul” futbol klubunda 20 illik işdən sonra mənim, onu mövsümün sonunda tərk edəcəyimi bəyan etmək zamanı gəldi. Bu, mənim, həyatımda nə vaxtsa qəbul etdiyim ən çətin qərardır.
Mən bilirəm ki, sizlərdən çoxu “nə üçün”, deyə özünüzə sual vermiş və ya mənim bu haqda indiyə qədər danışmadığıma pərişan olmusunuz, amma mən həmişə komandanın maraqlarına köklənməyə çalışmışam, məhz 20-ci qənimətin qazanılmasına.

Bu klub mənim bütün həyatım olub – bütün dünyam – 20 il ərzində. Akademiyadan başlayaraq, bugünkü günə qədər klubun daxilində və klubdan kənarda olan hamının mənə dəstəyi və məhəbbəti mənimlə həmişəlik qalacaq. Mən sizin hamınız qarşısında əbədi borclu qalacağam.

Mən heç vaxt qeyri bir xüsus bilməmişəm, bu qərar isə – yeni çağırışı yaşamaq, rahatlıq dairəsindən çıxmaq, özümə həm peşakar və həm də şəxsi müstəvidə təkan verməkdir. Mən öz güc-qüvvəmi bu klubda keçirdiyim hər gündə vermişəm, ümidvaram ki, sizlər mənim verdiklərimi, burada olduğumu hiss edirsiniz.

Səmimi qəlbdən hamıya təşəkkürümü ifadə edirəm – mənim məşqçilərimə, idarəçilərimə, komanda yoldaşlarıma, xidmət heyətinə və bizim azarkeşlərimizə – son 20 il ərzində.

Mənə, burada öz arzumu həyata keçirmək nəsib olub. Mənim bu kluba olan məhəbbətim heç zaman ölməyəcək” – Trent duyğusalcasına dərc edib.

Nüfuzlu italyan jurnalist-insyader Fabritsio Romanonun məlumatına görə, Aleksander-Arnold “Real”la 5 illik müqavilə razılaşdırıb. Hazırda tərəflər futbolçunun İspaniyaya köçməsi üçün kargüzarlıq işlərini yekunlaşdırmağa çalışırlar.

Trent Aleksander-Arnold “Liverpul”un yetirməsidir və 2016-cı ilin iyul ayından “qırmızılar”ın əsas komandasında çıxış edir.

İngilis futbolçunun Mersisayd klubu ilə cari müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə Aleksander-Arnold “qırmızılar”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 4 qol vurub, 8 məhsuldar ötürmə verib.

Trent Aleksander-Arnoldun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 352 oyun, 23 qol və 92 məhsuldar ötürmədən ibarətdir.

Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020, 2024/2025), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.

Trent 2018-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 33 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
40
arena.az

10Mənbələr