“Barselona” yarımmüdafiəçisi Frenki de Yonqla yeni müqavilə ilə bağlı danışıqlar aparır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər əməkdaşlığın davam etməsinə ümid etsələr də, hələlik razılıq əldə olunmayıb.
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu vəziyyəti yaxından izləyir. Klub hələ niderlandlı futbolçu ilə birbaşa əlaqəyə keçməyib, ancaq De Yonq “Barselona”nın təklifinə razılıq verməsə, “Əl-İttihad” konkret addımlar ata bilər.
27 yaşlı oyunçunun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.