Bu gündən "Microsoft" şirkəti "Skype" platformasının fəaliyyətini rəsmi olaraq dayandırıb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Microsoft"un yayımladığı bəyanatda qeyd olunub.
Məlumatda bildirilib ki, istifadəçilərin bütün kontaktları və çatları avtomatik olaraq "Microsoft Teams" xidmətinə köçürüləcək.
"Skype"da olan məlumatlar isə 2026-cı ilin yanvarında avtomatik silinəcək, lakin istifadəçilər məlumatlarını "Microsoft Teams"ə keçmədən də ayrıca yaddaşda saxlaya bilərlər.
"Cebheinfo.az"