AZ

"Skype" tarixə qovuşdu

Amerikalı texnologiya nəhəngi "Microsoft"un məşhur "Skype" tətbiqi bu gündən etibarən fəaliyyətini dayandırıb.

 

Sfera.az xəbər verir ki, 20 ildən çox səsli və görüntülü ünsiyyət imkanı təqdim edən Skype rəsmi şəkildə istifadəçilər üçün bağlanıb.

 

Microsoft daha əvvəl açıqlamışdı ki, 2003-cü ildə istifadəyə verilən və bir vaxtlar 300 milyondan çox aktiv istifadəçiyə çatan bu xidmət müştərilərin tələblərinə daha çevik uyğunlaşmaq üçün dayandırılır. Şirkət diqqətini artıq Microsoft Teams platformasına yönəldəcəyini və Skype istifadəçilərinin məlumatlarının avtomatik olaraq bu yeni tətbiqə köçürüləcəyini bildirib.

Seçilən
0
2
sfera.az

10Mənbələr