Son 5 ildə qeyri-neft-qaz sektoru real olaraq 25,9 faiz, qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər isə 1,5 dəfə artıb.
Bu barədə "Azerbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı tədbirdə çıxış edərkən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev məlumat verib.
Elnur Əliyevin sözlərinə görə, 2025-ci ilin yanvar-mart aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 15,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 3,5 faiz artıb.
"Qlobal çağırışlar fonunda dünya ölkələrinin qarşılaşdığı təchizat zəncirindəki fasilələr göstərir ki, əczaçılıq sahəsində daxili istehsalın möhkəmləndirilməsi zəruridir. Əczaçılıq sənayesi iqtisadi gəlir mənbəyi ilə yanaşı, əhalinin sağlamlığının qorunması kimi strateji əhəmiyyət daşıyır",- Elnur Əliyev qeyd edib.