AZ

Son 5 ildə qeyri-neft-qaz sektoru 26 faiz artıb

 Azərbaycan iqtisadiyyatı mühüm inkişaf mərhələsinə qədəm qoyub. Son 5 ildə qeyri-neft-qaz sektoru real olaraq təxminən 26 faiz, qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər isə 1,5 dəfə artıb.

Yenisabah.az xəbər verir ki, 2025-ci ilin yanvar-mart aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 15,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 3,5 faiz artıb.

"Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard ABŞ dollarını ötüb. Yüksək valyuta ehtiyatları ölkənin iqtisadi sabitliyini göstərir və bu da yerli və xarici investorlar üçün cəlbedici mühit yaradır. Özəl sektorun ÜDM-də payı 83 faiz, məşğulluqda isə 78 faizdən artıqdır", - İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib.


Telegram kanalımız
Seçilən
0
3
yenisabah.az

4Mənbələr