"Bayern"in hücumçusu Tomas Müller almaniyalı futbolçular arasında qazanılan kubok sayına görə Toni Kroosun rekordunu təkrarlayıb.
Publika.az xəbər verir ki, mayın 4-də “Bayer” 32-ci turda “Frayburq”la heç-heçə etdikdən (2:2) sonra Münhen klubu vaxtından əvvəl Almaniya çempionluğunu qazanıb.
35 yaşlı Müller üçün bu kubok karyerasında 34-cü olub. Tomas “Bayern” və Almaniya millisindəki keçmiş komanda yoldaşı, 34 titul sahibi olan Toni Kroosun rekordunu təkrarlayıb. İndi hər ikisi tarixin ən çox mükafat alan alman oyunçularıdır.
Müller "Bavariya" ilə 33 kubokun, o cümlədən milli komanda ilə DÇ-2014-ün qalibi olub.