AZ

"Bavariya"nın 34-cü, Harri Keynin 1-ci çempionluğu

“Bavariya” 34-cü dəfə futbol üzrə Almaniya çempionluğunu qazanıb.

İdman.biz xəbər verir ki, Bundesliqanın 32-ci turunda "Leypsiq"lə heç-heçə oynayan (3:3) Münhen klubunun əsas rəqibi "Bayer" də səfərdə "Frayburq"a qalib gələ bilməyib (2:2).

Nəticədə "Bavariya" vaxtından əvvəl Bundesliqa birinci yeri təmin edib. “Bayer” qalan iki oyunda liderlə 8 xallıq fərqi aradan qaldıra bilməyəcək.

Qeyd edək ki, 34 titul Bundesliqa rekordudur. "Nürnberq"in 9, "Borussiya Dortmund"un 8 çempionluğu var.

Münhen təmsilçisi son 13 ildə 12-ci dəfə Almaniya çempionu olub. Yalnız ötən mövsüm “Bavariya” “Bayer” və “Ştutqart”dan geri qalaraq üçüncü yeri tutmuşdu.

Bu, həmçinin komandanın 31 yaşlı ingiltərə hücumçusu Harri Keynin karyerasında ilk çempionluqdur.

İdman.biz

Seçilən
0
31
idman.biz

10Mənbələr