AZ

Xaçmazda “Toyota” aşıb: 4 nəfər xəsarət alıb

Xaçmazda

2025-ci il mayın 4-də saat 20:53 radələrində Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.Hadisə nəticəsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü sürücü Tərlan Həsənbəyov və onun 2014-cü il təvəllüdlü oğlu R.H., həmçinin Xaçmaz rayon sakinləri 1962-ci il təvəllüdlü Xanlar Balacayev və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Aynaxanım Balacayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub.Hazırda xəsarət alan şəxslərin diaqnostik müayinəsi müvafiq tibb müəssisəsində davam etdirilir. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.✍️"Ulusum".az

Diqqət Çəkənlər

"İnadkar Yağlarla Mübarizədə Sınaqdan Keçmiş Təbii Həll"

“Yol Əhvalatı” ilə Gülüşə Səyahət

Xalq artisti Fuad Poladovun anım günüdür - FOTO

Seçilən
0
5
ulusum.az

10Mənbələr