AZ

"Şamaxı" "Səbail"lə heç-heçə etdi

Ajans.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb. Alfons Msanqa qonaq komandanın qapısına yol tapıb. 67-ci dəqiqədə isə "status-kvo" bərpa olunub - Rüfət Abdullazadə penalti zərbəsini dəqiq yerinə yetirib. Bu nəticədən sonra 36 xala malik "Şamaxı" altıncı sırada yer alıb "Səbail" 22 xalla sonuncu - onuncudur. Qeyd edək ki, turun açılış matçında "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
0
13
Ajans.az

10Mənbələr