AZ

ABŞ Rusiyaya qarşı sanksiyaları təxirə saldı: BMT missiyasından ŞƏRH

Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ideyasını ikinci plana atıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə mayın 3-də Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski danışıb.

"Bəli, düşünürəm ki, onlar sanksiya alətini hələlik ikinci plana atıblar. Ancaq yenə də bunun səbəbi, məncə, daha çox ona görədir ki, sanksiya üçün nəsə tapmaq çox çətindir", - Polyanski izah edib.

O, həmçinin ABŞ-ın tətbiq etdiyi tarifləri izah edib. Onun sözlərinə görə, Rusiya ilə ABŞ arasında ticarətin həcmi cüzidir, ona görə də burada məhdudlaşdırıcı tədbirlər həddindən artıq çox olardı.

Seçilən
0
publika.az

1Mənbələr