AZ

"Traktor" ilk dəfə çempion!

Təbrizin "Traktor" klubu İran çempionatında tarixi uğura imza atıb. Komanda ölkə çempionluğunu ilk dəfə rəsmiləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, Cənubi Azərbaycanın təmsilçisi XXVIII turda səfərdə "Şams Azər" üzərində inamlı qələbə qazanıb – 4:0. Bu nəticə ilə xallarının sayını 64-ə yüksəldən "Traktor", sona iki tur qalmış ən yaxın izləyicisi "Sepahan"ı 8 xal qabaqlayaraq çempionluğu təmin edib.

Təbriz təmsilçisi həm oyunun nəticəsi, həm də mövsüm ərzindəki stabil çıxışı ilə çempionluğa layiq olduğunu sübut edib. Bu uğur Cənubi Azərbaycanda futbol bayramına çevrilib.

Seçilən
0
90deqiqe.az

1Mənbələr