AZ

Çilidə yeni güclü zəlzələ baş verib » AzadMedia.az


Çilinin cənubunda 6,4 bal gücündə zəlzələ baş verib.
Çilinin cənubunda 6,4 bal gücündə zəlzələ baş verib, Argentinanın cənubunda da hiss olunub. RİA Novosti xəbər verir ki, bu barədə Milli Seysmoloji Mərkəz məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanlar Puerto Uilyams şəhərindən 300 km aralıda, 20 km dərinlikdə qeydə alınıb.

Mayın 2-də Çilinin cənubunda, Puerto Uilyamsdan 218 km aralıda 7,5 bal gücündə zəlzələ baş verib. Bununla əlaqədar sunami təhlükəsi elan edilib.

Aprelin 23-də İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar hətta episentrdən 300 kilometr aralıda, Ankarada hiss olunub. Təcili yardım xidmətləri gücləndirilmiş hazırlıq vəziyyətinə gətirilib. Bunun fonunda türkiyəli seysmoloqlar Celal Şengyor və Nazhi Gyorur şəhərə yaxınlaşan “böyük zəlzələ” ilə bağlı xəbərdarlıq edərək, rəsmiləri buna hazırlığa başlamağa çağırıblar.
Seçilən
0
2
azadmedia.az

5Mənbələr