Arda Güler "Real Madrid"də 50-ci rəsmi oyununa çıxdığı üçün "Fənərbağça" klubu bonus qazanacaq.
Offsideplus.az xəbər verir ki, türkiyəli futbolçunun 50 matç səddinə çatması klublar arasındakı müqavilədə 4 milyon avro bonus şərtini aktibləşdirib. "Sarı-lacivərtlər" sözləşmə əsasında "Kral klubu" ilə yoldaşlıq oyunu keçirmək hüququna sahibdir.
Qeyd edək ki, Arda Güler Madrid təmsilçisində çıxdığı 50 oyunda 10 qol və 8 assistə imza atıb.