YAP Samux rayon təşkilatının Qarabağlar kənd, Əhmədbəyli kənd, Əhmədbəyli kənd tam orta məktəb üzrə ərazi partiya təşkilatlarında hesabat yığıncağı keçirilib.
Yığıncaqda Qarabağlar kənd ərazi partiya təşkilatının sədri Vidadi İsayev,Əhmədbəyli kənd ərazi partiya təşkilatının sədri Seymur Şükürov və Əhmədbəyli kənd tam orta məktəb ərazi partiya təşkilatının sədri Məhəbbət Şükürovanın ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzələri dinlənilib.
Sonra yığıncaqda çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan bəhs edib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası bundan sonra da inamlı qələbələrə imza atacaq. Sədr qeyd edib ki, partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək.
Çıxış edən partiya üzvləri Rövşən Yusifov, Arifə Ağayeva, Xaləddin İsgəndərov, Səbuhi Nəsibov müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Sonda Qarabağlar kənd, Əhmədbəyli kənd, Əhmədbəyli kənd tam orta məktəb üzrə ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş qiymətləndirib.