RU

YAP Samuxrayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat yığıncaqları davam edir

YAP Samux rayon təşkilatının Qarabağlar kənd, Əhmədbəyli kənd, Əhmədbəyli kənd tam orta məktəb  üzrə  ərazi  partiya təşkilatlarında hesabat yığıncağı keçirilib.

Yığıncaqda Qarabağlar  kənd ərazi partiya təşkilatının sədri Vidadi İsayev,Əhmədbəyli kənd ərazi partiya təşkilatının sədri Seymur Şükürov və Əhmədbəyli kənd tam orta məktəb  ərazi partiya təşkilatının sədri Məhəbbət Şükürovanın  ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzələri dinlənilib.

Sonra yığıncaqda çıxış edən YAP Samux  rayon təşkilatının sədri Gündüz Bayramov Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan  bəhs edib. Vurğulanıb ki,   Ulu Öndər Heydər Əliyevin  ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası bundan sonra da inamlı qələbələrə imza atacaq. Sədr qeyd edib ki, partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək.

Çıxış edən  partiya üzvləri  Rövşən Yusifov, Arifə Ağayeva,  Xaləddin İsgəndərov, Səbuhi Nəsibov müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

Sonda Qarabağlar kənd, Əhmədbəyli kənd, Əhmədbəyli kənd tam orta məktəb  üzrə  ərazi  partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş qiymətləndirib.

Избранный
0
yeniazerbaycan.com

1Источники