AZ

Dağıstanda uşaq bağçasında hərbi parad keçirilib

Dağıstanda uşaqların hərbi paradı videoya çəkilib.

Herbiand.az bildirir ki, hadisə şahidinin çəkdiyi kadrları “Podyom” nəşri Telegram-da dərc edib.

Görüntülərdə geyim forması və papaqlı oğlanın oyuncaq maşında dəstələrə düzülmüş uşaqların qarşısından keçdiyi görünür. “Salam, yoldaşlar!” o deyir və dəstələrdən birinin qarşısında dayanır. “Sizə can sağlığı, yoldaş general!” - bağça uşaqları ona xorla cavab verirlər.

Bağça müdiri bildirib ki, məktəbəqədər təhsil müəssisəsində hər il belə paradlar keçirilir. O, videonun yaratdığı ictimai reaksiyadan çox məmnun olduğunu etiraf edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr