Dağıstanda uşaqların hərbi paradı videoya çəkilib.
Herbiand.az bildirir ki, hadisə şahidinin çəkdiyi kadrları “Podyom” nəşri Telegram-da dərc edib.
Görüntülərdə geyim forması və papaqlı oğlanın oyuncaq maşında dəstələrə düzülmüş uşaqların qarşısından keçdiyi görünür. “Salam, yoldaşlar!” o deyir və dəstələrdən birinin qarşısında dayanır. “Sizə can sağlığı, yoldaş general!” - bağça uşaqları ona xorla cavab verirlər.
Bağça müdiri bildirib ki, məktəbəqədər təhsil müəssisəsində hər il belə paradlar keçirilir. O, videonun yaratdığı ictimai reaksiyadan çox məmnun olduğunu etiraf edib.
Bəxtiyar CƏFƏRLİ