Çilinin təbii fəlakətlərin idarə olunması agentliyi 7,5 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi səbəbindən cənubundakı Magallanes bölgəsində təxliyə əmri verib.
Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.
"Fəlakətlərin İdarə Olunması Xidməti sunami təhlükəsi ilə əlaqədar Maqallan bölgəsində insanlardan sahilyanı ərazini tərk etməyi xahiş edir", - agentliyin bildirişində deyilir.
Çili seysmoloji xidmətinin məlumatına görə, 7,5 bal gücündə zəlzələ Puerto Uilyams şəhərindən 218 km aralıda baş verib. Mənbə 10 km dərinlikdə yerləşib.
Turan İSMAYIL