Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin tenderi yekunlaşıb.
Valyuta.az-ın məlumatına görə, Bakıda Roma papası II İohann Pavel adına katolik kilsəni "Az.Arxitektura" MMC inşa edəcək.
Kilsənin inşasına 655 000 manat vəsait ayrılıb.
II İohann Pavel 1978-2005-ci illərdə Roma papası olub. O, 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papası kimi yadda qalıb. II İohann Pavel 2005-ci il aprelin 2-də dünyasını dəyişib.
Maya Hüseynova