EN

Bakıda Pavel adına kilsəni bu şirkət tikəcək

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin tenderi yekunlaşıb. 

Valyuta.az-ın məlumatına görə, Bakıda Roma papası II İohann Pavel adına katolik kilsəni "Az.Arxitektura" MMC inşa edəcək.

Kilsənin inşasına 655 000 manat vəsait ayrılıb.  

II İohann Pavel 1978-2005-ci illərdə Roma papası olub. O, 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papası kimi yadda qalıb. II İohann Pavel 2005-ci il aprelin 2-də dünyasını dəyişib. 

Maya Hüseynova

Chosen
0
valyuta.az

1Sources