Siyəzən rayonunun Böyük Həmyə kəndi ərazisində, Xəzər dənizinə yaxın aşkar edilən partlayıcı qurğu zərərsizləşdiriilib.
Qurğu ANAMA əməkdaşları tərəfindən partladılıb. Məlumatı Bizim.Media-ya Siyəzən İH başçısının Böyük Həmyə kənd İƏD üzrə nümayəndəsi Rahib Məmmədov verib.
Qeyd edək ki, aprelin 26-da Xəzər dənizinin Siyəzən rayonunun Böyük Həmyə kəndindən keçən hissəsində sahildən 250 metr aralıda partlayıcı qurğu (partlamamış) aşkar olunmuşdu.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta