AZ

85 nəfərin diplomu tanınmadı

Aprel ayı üzrə 433 müraciətçinin 351-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 82 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə  Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Mənfi qərarla yekunlaşan müraciətlərin ümumi sayı 85-dir.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb və səhiyyə ixtisasları üzrə 75, biznesin idarə edilməsi üzrə 29, maliyyə üzrə 29, iqtisadiyyat üzrə 25 müraciət qeydə alınıb.


Telegram kanalımız
Seçilən
0
yenisabah.az

1Mənbələr