Bakı. Trend:
Əsas hədəf gəncləri fəal iştirakçılara çevirmək və onları müasirçağırışlara cavab verə biləcək bacarıqlarla təchiz etməkdir.
Trend xəbər verirki, bunu Gənclər Fondunun icraçı direktorunun müavini vəzifəsiniicra edən Yusif Vəliyev bu gün Bakıda keçirilən “Gənclərin Süniİntellekt Forumu”nda çıxışı zamanı deyib.
O bildirib ki, Gənclər Fondu tərəfindən təşkil olunan forumlarvə layihələr yalnız ənənəvi formatlarda deyil, həm də yenilənmiş vəmüasir yanaşmalar əsasında həyata keçirilir:
"Gənclər Fondu olaraq biz inanırıq ki, hər bir tədbirineffektivliyi onun formasından çox, məqsədinə və təsir gücünəbağlıdır. Bugünkü Forum da buna əsaslanır. Bu səbəbdən bizgənclərin maraq dairəsinə uyğunlaşdırılmış formatlar təqdim etməyəçalışırıq".
"Bu kontekstdə təkcə seminar və panellər deyil, həm dəinteraktiv platformalar, rəqəmsal resurslar və yaradıcı yanaşmalarön plandadır. Əsas məqsədimiz gəncləri süni intellektdən istifadəyəcəlb etməklə yanaşı, onları bu baxımdan maarifləndirmək vəistiqamətləndirməkdir. Bunun üçün həm məzmun, həm də təqdimat üsulubaxımından çevik və çoxşaxəli yanaşma önəmlidir. Bu yanaşma GənclərFondunun fəaliyyətində innovativliyin və gənclərlə dinamik əlaqəninprioritet olduğunu bir daha təsdiqləyir”- deyə o əlavə edib.