AZ

Yusif Vəliyev: Gəncləri süni intellektə cəlb etmək və maarifləndirmək əsas hədəfimizdir

Bakı, 2 may, AZƏRTAC

“Gənclər Fondu tərəfindən təşkil olunan forumlar və layihələr yalnız ənənəvi formatlarda deyil, həm də yenilənmiş və müasir yanaşmalar əsasında həyata keçirilir. Gənclər Fondu olaraq biz inanırıq ki, hər bir tədbirin effektivliyi onun formasından çox, məqsədinə və təsir gücünə bağlıdır. Bugünkü forum da buna əsaslanır. Bu səbəbdən biz gənclərin maraq dairəsinə uyğunlaşdırılmış formatlar təqdim etməyə çalışırıq”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Gənclər Fondunun icraçı direktorunun müavini vəzifəsini icra edən Yusif Vəliyev bu gün Bakıda keçirilən “Gənclərin Süni İntellekt Forumu”nda çıxışı zamanı səsləndirib.

O bildirib ki, əsas hədəf gəncləri fəal iştirakçılara çevirmək və onları müasir çağırışlara cavab verən bacarıqlar qazandırmaqdır: “Bu kontekstdə təkcə seminar və panellər deyil, həm də interaktiv platformalar, rəqəmsal resurslar və yaradıcı yanaşmalar ön plandadır. Əsas məqsədimiz gəncləri süni intellektdən istifadəyə cəlb etməklə yanaşı, onları bu baxımdan maarifləndirmək və istiqamətləndirməkdir. Bunun üçün həm məzmun, həm də təqdimat üsulu baxımından çevik və çoxşaxəli yanaşma önəmlidir. Bu yanaşma Gənclər Fondunun fəaliyyətində innovativliyin və gənclərlə dinamik əlaqənin prioritet olduğunu bir daha təsdiqləyir”.

Seçilən
0
1
azertag.az

2Mənbələr