Kiberhücumlar hərbi hücuma bərabər olduğu üçün Azərbaycanın müvafiq qurumları Rusiya ilə bu məsələni müzakirə etməlidirlər.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası tərəfindən “Azərbaycanın media resurslarına 20 fevral hücumları: Kibermüdaxilədən dezinformasiyaya” mövzusunda təşkil olunan müzakirələrdə deyib.
O qeyd edib ki, həmin hücumlar təkrarlanarsa, halda siyasi məsələ hesab edilə bilər.
Komissiyanın sədri Ramid Namazov isə deputatın fikrini dəstəkləyib.
“Aidiyyəti qurumlar bununla məşğul olur, qarşı tərəflə danışıqlar aparılır. Belə addımlar bizim əlaqələrimizə ziddir. Bunun davam etməsi iki ölkənin münasibətlərinə qarşıdır”, - o əlavə edib.