AZ

Azərbaycan Premyer Liqası: 33-cü tur Zirədə başlayacaq

Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq.

“Zirə” doğma meydanda “Turan Tovuz”la qarşılaşacaq. Paytax təmsilçisi hazırda 64 xalla 2-ci, Qərb komandası isə 49 xalla 4-cü pillədə qərarlaşıb. Oyunu Rəvan Həmzəzadə idarə edəcək.

Qeyd edək ki, “Şamaxı” – “Səbail”, “Araz-Naxçıvan” – “Sabah” oyunları mayın 3-də, “Qarabağ” – “Sumqayıt” və “Neftçi” – “Kəpəz” matçları isə mayın 4-də keçiriləcək.

Seçilən
0
publika.az

1Mənbələr