AZ

İstanbuldakı zəlzələdən bu qədər bina zərər görüb -Nazir açıqladı

Aprelin 23-də İstanbulda baş verən zəlzələlərdə 4295 binaya ziyan dəyib. Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum “TRT Haber”-ə bildirib.

“Biz 36 425 binaya baxış keçirmişik, onlardan 4 295-nə cüzi ziyan dəyib”, – nazir bildirib.

Xatırladaq ki, İstanbulda baş verən ən güclü zəlzələ 6,2 bal gücündə olub. Yeraltı təkanlar episentrdən 300 kilometr aralıda, Ankarada hiss olunub. Aprelin 26-da Kurum 8367 binaya baxış keçirdikdən sonra onlardan 437-də zərərin aşkar edildiyini açıqlayıb.

Seçilən
0
veteninfo.az

1Mənbələr