Vaşinqton-Kiyev arasında minerallara dair saziş təkcə ikitərəfli iqtisadi tərəfdaşlığı deyil, həm də Ukraynanın milli təhlükəsizliyini gücləndirəcək.

İndex.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.

“Bu, təkcə maliyyə razılaşması deyil, həm də Ukraynanın dostunun olduğu və Kiyevin vəziyyətinin yaxşılığa doğru dəyişəcək əlaqədir. Dünyanın qalan hissəsi sizin ABŞ kimi bir dostunuz olduğunu görəcək. Anlayacaqlar ki, sizinlə və ölkənizdə iş apardığımız zaman bu, bütün iştirakçılar üçün milli təhlükəsizliyi artırır.”, – Bryus qeyd edib.