AZ

ABŞ ilə danışıqların təxirə salınmasından sonra İrandan açıqlama

BAKI, 1 may. TELEQRAF

İran nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün ABŞ ilə nəticəyə yönəlmiş danışıqlarda qətiyyətlə iştirak etməyə davam edəcək.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə danışıqların növbəti raundunun təxirə salınmasından sonra bildirib.

“İran ədalətli, ağlabatan və davamlı anlaşmaya nail olmaq niyyətinin ciddiliyini nümayiş etdirib və bu yolda qətiyyətlə irəliləyəcək”, - iranlı diplomat bildirib.

Xatırladaq ki, bundan əvvəl Oman Xarici İşlər Nazirliyi ABŞ və İran arasında mayın 3-nə planlaşdırılan danışıqların növbəti raundunun logistik səbəblərə görə təxirə salındığını açıqlamışdı. Hələlik növbəti görüşlə bağlı tərəflərdən təsdiq yoxdur.

Seçilən
0
46
teleqraf.com

10Mənbələr