Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, nominatlarn siyahısına iki oyunçu düşüb. Onlar PSJ-nin yarımmüdafiəçisi Vitinya və “İnter”in müdafiəçisi Denzel Dyumfrisdi. Vitinya yarımfinalın “Arsenal”la ilk oyunundakı (1:0) çıxışı ilə yadda qalıb. Dyumfris isə “Barselona” ilə matçda (3:3) 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta