AZ

Trampın müşaviri İSTEFA VERDİ

ABŞ Prezidentinin Müşaviri Mayk Uolts vəzifəsindən istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
 

“ABŞ Prezidentinin müşaviri "Uolts və onun müavini Aleks Vonq cümə axşamı 1 may tarixindən işdən çıxarılıb", - nəşr yazıb.


Qeyd edək ki, martın sonunda “Wall Street Journal” yazmışdı ki, Uolts yüksək rütbəli ABŞ rəsmiləri ilə söhbətdən məlumatların “sızması” ilə bağlı qalmaqal fonunda Ağ Evdəki həmkarları və ABŞ lideri Donald Tramp arasında nüfuzunu sürətlə itirir.

Bizim.Media

Seçilən
0
5
bizim.media

10Mənbələr