Bakı. Trend:
SOCAR-ın 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığıikinci SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbətikupon ödənişi 1 may tarixində istiqraz sahiblərinin hesablarınaköçürülüb.
Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, 9 ilə yaxındır, Bakı Fond Birjasında ən çoxticarət olunan korporativ istiqraz statusuna sahib SOCARİstiqrazlarının 14-cü kupon ödənişi nəticəsində investorlarınaqazandırdığı gəlir 15 milyon 750 min ABŞ dollarına yüksəlib(tədavül müddətinin sonunda toplam gəlir 22.5 milyon dollar təşkiledəcək).
“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilib ki,istiqrazların növbəti kupon ödənişi 2025-ci il avqustun 1-də baştutacaq.
Məlum olduğu kimi, SOCAR tərəfindən “yaşıl enerji” layihələrinidəstəkləmək məqsədilə buraxılan “Yaşıl” təyinatlı yeniistiqrazların cari ilin 7 mart tarixindən etibarən Bakı FondBirjasında tədavülünə start verilib. İllik 6 % gəlirliliklə 5 illikmüddətə buraxılan və faizləri rüblük qrafiklər əsasında ödəniləcəkolan “Yaşıl” istiqrazların ilk kupon ödənişi 7 iyun tarixində baştutacaq (Emissiya prospektinə əsasən, kupon ödənişi qeyri-iş gününətəsadüf edərsə, ödəniş növbəti ilk iş günü icra edilir).
SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəkiSOCAR İstiqrazları köşklərindən və Azərbaycanda rəsmi fəaliyyətgöstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və yasocaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət edəbilərsiniz.
Qeyd edilib ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlaryalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdankeçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsivə veb-saytlardan əldə edilə bilər.