AZ

"Sizin Lombard" 50 min manat, vəzifəli şəxsi 10 min manat cərimə edilib

Mərkəzi Bank "GL” ASC-nin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış planlı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinə əsasən lombard fəaliyyəti ilə məşğul olan "GL" ASC (Sizin Lombard brendi) və onun vəzifəli şəxsi Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən müvafiq olaraq 50 000 (əlli min) manat və 10 000 (on min) manat məbləğində cərimə edilmişdir.

.

cəriməsizinlimbardgl
Seçilən
0
2
marja.az

10Mənbələr