AZ

Dirəkləri kənd klubuna daşınan məscid - Tarixçi alimdən HƏYƏCAN TƏBİLİ

Qubanın Qrız kəndində yerləşən Əbu Müslüm məscidi baxımsızlıq ucbatından dağılıb.

Aznews.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu tarixçi alim Elnur Nəciyev deyib.

Onun sözlərinə görə, 748-749-cu illərə aid Əbu Müslüm məscidinin taxtalarından futbol qapısı kimi istifadə olunur.

Tarixçi alim bildirib ki, acınacaqlı durumda olan məscidin yeni fotolarını ictimailəşdirəndən sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məktub alıb. Məktubda məsələyə növbəti illərdə baxılacağı qeyd olunub.

Seçilən
0
3
aznews.az

4Mənbələr