Azərbaycanın 16 və 18 yaşadək qızlardan ibarət basketbol milliləri Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışının ilk mərhələsinə start veriblər.
Apasport.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komandalar hazırlıqda taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçirəcəklər.
Toplanışa mayın 9-da yekun vurulacaq.
Qeyd edək ki, təlim-məşq prosesinin ilk mərhələsində əsas məqsəd iyul və avqustunda baş tutacaq Avropa çempionatı B divizionunun oyunlarına hazırlıqdır.
Final seriyasının təqvimi bəlli oldu
“Neftçi” finalda “Sabah”a rəqib oldu
Bedri Meriç: “Onlara çatmağımız mümkünsüz oldu”
Rimas Kurtinaytis: "Sərgilənən oyun bizi qane edir"
"Sabah" finala vəsiqə qazanıb