"Real Madrid" klubunda aprel ayının ən yaxşı oyunçusunun adı açıqlanıb.
Ayın ən yaxşısı yarımmüdafiəçi Aurelien Tchouameni olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Madrid Zone" portalı məlumat yayıb.
Fransız futbolçu ardıcıl ikinci dəfə bu mükafata layiq görüldü - o mart ayında da ən yaxşı seçilmişdi.
Ümumilikdə, 25 yaşlı futbolçu bu mövsüm Karlo Ançelottinin komandasının heyətində bütün turnirlərdə 47 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.