Bakı,1 may, AZƏRTAC
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, İngiltərənin “Tottenhem” komandası doğma meydanda Norveç təmsilçisi “Budyo Qlimt”lə, “Mançester Yunayted” İspaniyada “Atletik”lə qarşılaşacaq.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
UEFA Avropa Liqası
Yarımfinal, ilk oyun
1 may
23:00. “Tottenhem” (İngiltərə) - “Budyo Qlimt” (Norveç)
23:00. “Atletik” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
Qeyd edək ki, bu mərhələnin cavab qarşılaşmaları mayın 8-də təşkil olunacaq.