AZ

Avropa Liqası: "Mançester Yunayted" və "Tottenhem" cavab oyunu öncəsi böyük üstünlük qazanıb

Bakı, 2 may, AZƏRTAC

UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, İngiltərənin “Tottenhem” komandası doğma meydanda Norveç təmsilçisi “Budyo Qlimt”i (3:1), “Mançester Yunayted” isə İspaniyada “Atletik”i (3:0) məğlub edib.

UEFA Avropa Liqası

Yarımfinal, ilk oyun

“Tottenhem” (İngiltərə) - “Budyo Qlimt” (Norveç) - 3:1

“Atletik” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 0:3

Qeyd edək ki, bu mərhələnin cavab qarşılaşmaları mayın 8-də təşkil olunacaq.

Seçilən
0
4
azertag.az

10Mənbələr