ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna ilə yeraltı sərvətlərə dair saziş imzalandıqdan sonra bu ölkəyə kommersiya silah satışını dayandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Kyiv Post” öz mənbələrinə istinadən məlumat yayıb.
Xəbərə görə, Ağ Ev Konqresi Ukraynaya 50 milyon dollar və ya daha çox dəyərində kommersiya əsaslı silah ixracı ilə bağlı planlardan xəbərdar edib. Lakin Kiyevə konkret hansı silahların satılacağı açıqlanmayıb.
Qeyd olunur ki, ABŞ daha öncə də Ukraynaya hərbi dəstək proqramları çərçivəsində silahlar göndərib. 2015-2023-cü illərdə Ukrayna pulla alınan silahlar üçün ABŞ-yə təxminən 1,6 milyard dollar ödəyib. Lakin son qərar yeni pulsuz hərbi yardım paketlərini əhatə etmir.
Tramp daha əvvəl bəyan bildirib ki, ABŞ Ukrayna ilə bağladığı faydalı qazıntılar sazişi çərçivəsində nəzəri olaraq 350 milyard dollardan çox gəlir əldə edə bilər. Onun sözlərinə görə, bu məbləğin bir hissəsi Kiyevə maliyyə və silah dəstəyi şəklində geri qaytarılıb.
ABŞ Maliyyə Nazirliyi isə bildirmişdi ki, bu saziş çərçivəsində iki ölkə arasında investisiya fondu yaradılacaq.
Aytəkin TOFİQQIZI