"Football-plus.az" klubun rəsmi saytına istinadla xəbər verir ki, 28 yaşlı hücumçu komandanın dünənki məşqinə qatılmayıb.
Metakarpal (əl sümüyü) sınığı aşkarlanan futbolçu məşqə xüsusi hazırlanmış şinlə çıxıb. Ötən gün həmin şin hazır olmadığı üçün Mahir məşq edə bilməyib. Onun qarşıdakı oyunlarda da meydana bu şəkildə çıxması gözlənilir.

