EN

"Nürnberq" Mahirlə bağlı şad xəbəri açıqladı - FOTOLAR

2-ci bundesliqanın 31-ci turunda "Fortuna" ilə görüşdə (3:3) əlindən xəsarət alan "Nürnberq"in hücumçusu Mahir Emreli bu gün məşqlərə başlayıb.

"Football-plus.az" klubun rəsmi saytına istinadla xəbər verir ki, 28 yaşlı hücumçu komandanın dünənki məşqinə qatılmayıb.

Metakarpal (əl sümüyü) sınığı aşkarlanan futbolçu məşqə xüsusi hazırlanmış şinlə çıxıb. Ötən gün həmin şin hazır olmadığı üçün Mahir məşq edə bilməyib. Onun qarşıdakı oyunlarda da meydana bu şəkildə çıxması gözlənilir.

1Sources