Ukrayna prezidentinin ofisinin müşaviri Mixaylo Podolyak bildirib ki, faydalı qazıntılar üzrə Ukrayna-ABŞ müqaviləsi çərçivə sazişi və iki texniki elementdən ibarətdir...
Poliqon xəbər verir ki, Ukrayna prezident ofisinin rəsmisi texniki sazişlər olaraq ABŞ və Ukrayna arasında suveren fondun yaradılmasını, həmçinin fond daxilində tərəflərin vəzifələrinin bölüşdürülməsini nəzərdə tutub.
Podolyakın sözlərinə görə, bütün sənədlərin tezliklə imzalanması planlaşdırılır, çünki Kiyev və Vaşinqton bu sazişdə maraqlıdırlar.
Qeyd edək ki, Ukrayna baş nazirinin birinci müavini Yuliya Svırıdenko Kiyevin Vaşinqtonla mineral ehtiyatlara dair saziş imzaladığını təsdiqləyib. Nazir qeyd edib ki, saziş vergi zəmanətlərini nəzərdə tutur. Belıə ki, investisiyaların səmərə vermıəsi üçün fondun gəlirləri və töhfələri nə ABŞ-də, nə də Ukraynada vergiyə cəlb olunmayacaq.
Həmçinin ABŞ-nin maliyyə naziri Skott Bessent Ukraynanın sazişə düzəlişlərlə bağlı mövqeyinə yenidən baxacağı təqdirdə, ABŞ-nin aprelin 30-da faydalı qazıntılar üzrə saziş imzalamağa hazır olduğunu bildirib.
Polqion.info