AZ

ABŞ və Ukrayna arasında faydalı qazıntılar üzrə saziş Ali Radada səsverməyə çıxarılacaq- ÖZƏL

Ukrayna Ali Radası 8 may tarixində ABŞ ilə faydalı qazıntılar sahəsində imzalanmış sazişin ratifikasiyası ilə bağlı səsvermə keçirəcək. Olaylar.az xəbər verir ki, bu barədə parlament üzvü Yaroslav Jeleznyak məlumat verib.
"Faydalı qazıntılarla bağlı ABŞ və Ukrayna arasında imzalanmış sazişin ratifikasiyası üzrə səsvermə 8 may tarixində planlaşdırılır", - deyə o, Telegram kanalında qeyd edib.
Sözügedən sazişin imzalanması barədə məlumat mayın 1-nə keçən gecə yayılıb. Ukraynanın birinci vitse-premyeri, iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib ki, sənədə əsasən yaradılacaq ikitərəfli investisiya fonduna Kiyev yeni rüsumlardan və faydalı qazıntıların hasilatı üzrə yeni lisenziyalardan əldə olunan gəlirlərin 50 faizini yönəldəcək. Fondun idarəçiliyində ABŞ və Ukrayna bərabər səs hüququna malik olacaq.
Qeyd olunur ki, bu saziş Ukraynanın ABŞ qarşısında birbaşa borc öhdəliklərini nəzərdə tutmur. Fond fəaliyyətinin ilk 10 ili ərzində dividend ödəməyəcək, əldə olunan bütün gəlirlər Ukraynada yenidən investisiya olunacaq. İnvestisiyalar faydalı qazıntıların hasilatı və emalı, həmçinin infrastrukturun inkişafına yönəldiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
48
olaylar.az

10Mənbələr