AZ

ABŞ Azərbaycandan məhsul alışını 27%-dən çox artırıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Amerika BirləşmişŞtatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 133,7 milyonABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 31 milyon ABŞ dolları və ya 18,8% azdır.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 1,11%-i həcmində olub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan ABŞ-yə 15,7 milyondollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrüilə müqayisədə 3,4 milyon ABŞ dolları və ya 27,3% çoxdur.

Eyni zamanda, 2025-ci ilin yanvar-mart aylarında ABŞ-dənAzərbaycana 118 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 34,4 milyon ABŞ dolları vəya 22,6% azalma deməkdir.

Bundan əlavə, bu ilin ilk üç ayı ərzində Azərbaycandan ABŞ-yə15,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixracolunub. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 149 milyonABŞ dolları və ya 10,5 dəfə azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanxarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dollarıtəşkil edib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6%və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dollarıtəşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyondollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Seçilən
0
2
az.trend.az

10Mənbələr