AZ

Azərbaycan-İran əməkdaşlığı regional sülhə böyük töhfə verir - Kamaləddin Qafarov

Bakı. Trend:

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin28-də Azərbaycana etdiyi rəsmi dövlət səfəri həm ölkələrimizarasındakı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edirvə iqtisadi cəhətdən tərəflər üçün çox faydalıdır.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Azərbaycan-İran əməkdaşlığı regional sülhünqorunmasını və qlobal xarakter daşıyan iqtisadi layihələrin həyatakeçirilməsini şərtləndirən mühüm amillərdəndir. “Ölkə rəhbərlərininkeçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonraAzərbaycan və İran Prezidentləri mətbuata birgə bəyanatla çıxışetmişlər. Öz çıxışında Prezident İlham Əliyev bildirmişdir ki,Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıqşəraitində yaşayıblar. Bu gün də dövlətlərarası münasibətlər bumöhkəm təməl üzərində inkişaf edir. Dövlətimizin başçısı İranPrezidentinin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin yüksəksəviyyəsinin təzahürü olduğunu vurğulayıb. Qeyd olunmalıdır ki, bugün Azərbaycan ilə İran bir sıra beynəlxalq platformalarda uğurlaəməkdaşlıq edirlər.”

Fikirlərini davam etdirən K.Qafarov Azərbaycan ilə İran arasındaəməkdaşlıq əlaqələrinin mühüm istiqamətlərindən birinin dənəqliyyat və beynəxalq daşımalar sahəsi olduğunu vurğulayıb:

“Məlum olduğu kimi, coğrafi baxımdan Rusiya və İran arasındayerləşən Azərbaycan üç ölkə yükdaşımalarında strateji mövqe tutur.Bu məsələdə tam qarşılıqlı anlaşma Şimal-Cənub beynəlxalq nəqliyyatdəhlizi layihəsinin inkişafı və tamamlanması baxımından mühümşərtdir. Öz çıxışında cənab Prezident İlham Əliyev bu məsələyəxüsusi toxunaraq bildirdi ki, İran Prezidenti ilə keçirdiklərigörüşlər zamanı üçtərəfli əməkdaşlıq layihələri müzakirə olunub vəonların arasında Şimal-Cənub nəqliyyat dəhlizi önəmli yertutur.

Dövlətimizin başçısı vurğulayıb ki, bu layihə bütün iştirakçıölkələr üçün çox səmərəli olacaq və böyük fayda verəcək. Öznövbəsində, Azərbaycan artıq öz ərazisində bu nəqliyyat dəhlizininfəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyatakeçirib. Hazırda ölkəmiz sadəcə olaraq, gələcəkdə yüklərin həcmininartacağını nəzərə alaraq, öz nəqliyyat imkanlarını vəinfrastrukturunu genişləndirməklə məşğuldur”.

Seçilən
2
12
az.trend.az

10Mənbələr