AZ

Tbilisidə bazarda güclü yanğın başlayıb -VİDEO

Aprelin 30-da səhər saatlarında Tbilisidə metronun "Vokzalnaya ploşad" stansiyası yaxınlığındakı bazarda güclü yanğın baş verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yanğın geyim, meyvə-tərəvəz və müxtəlif əşyalar üçün anbarların olduğu ərazidə baş verib. Ətrafı qatı tüstü bürüyüb.

 

Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, hadisə yerində xilasedicilər işləyir. Yanğın nəticəsində hələlik xəsarət alanların olmadığı bildirilir.

 

Bazardakı mal sahibləri yanğının baş verdiyi ərazini aktiv şəkildə təmizləməyə çalışırlar..

 

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Seçilən
2
4
senzor.az

5Mənbələr