Aprelin 30-da səhər saatlarında Tbilisidə dəmiryolu vağzalı bazarının ərazisində güclü yanğın baş verib.
Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, yanğın Borjomi dəmir yolu vağzalının ərazisində geyim, meyvə-tərəvəz və müxtəlif əşyalar üçün anbarların olduğu ərazidə baş verib. Ətrafı qatı tüstü bürüyüb.
Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, hadisə yerində xilasedicilər işləyir.
Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.