“Mayami”nin baş məşqçisi Xavyer Maskerano MLS-in adi mövsümündə “Dallas”a 3:4 hesablı məğlubiyyətdən sonra Lionel Messinin niyə oynamadığına münasibət bildirib.
News24.az Publika.az-a istinadən xəbər verir ki, Maskeranodan “Goal” sitat gətirib.
“Leo yaxşıdır. Vankuverə gedərkən (0:2) yolda 6-7 saat keçirdik, daha sonra sintetik örtükdə oynadıqdan sonra ona və digər oyunçulara istirahət vermək qərarına gəldik. Amma Messi yaxşıdır, o, bu gün məşq edib və növbəti matçda oynamağa hazırdır”, – Maskerano bildirib.
Bu mövsüm 37 yaşlı Messi bütün turnirlərdə “İnter Mayami”nin heyətində 12 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.