AZ

Trampın ilk 100 günündə ABŞ-dən Meksikaya 39 minə yaxın miqrant deportasiya edilib - Klaudiya Şeynbaum

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın administrasiyası hakimiyyətəgəldikdən sonra ilk 100 gün ərzində 38 757 nəfər ABŞ-dən Meksikayageri qaytarılıb.

Trend xəbər verirki, bu barədə Meksikanın prezidenti Klaudiya Şeynbaum gündəlikmətbuat konfransında məlumat verib.

Onlardan 33 311 nəfəri Meksika vətəndaşı, 5 446 nəfəri isə digərölkələrdən olan miqrantlardır.

Prezident qeyd edib ki, Meksika hökuməti humanitar səbəblərəgörə digər ölkələrdən gələn miqrantları qəbul etməyə davam edir,lakin onların sayı getdikcə azalır: “Heç bir müqavilə bağlamadan,humanitar səbəblərlə şimal sərhədindən gələn əcnəbiləri qəbuletməyə qərar verdik. Lakin onların əksəriyyəti könüllü şəkildə özölkələrinə qayıtmaq qərarı verir”.

Şeynbaum əlavə edib ki, ABŞ artıq demək olar ki, bütün ölkələrlərazılığa gəlib və miqrantların birbaşa öz mənşə ölkələrinətəyyarələrlə göndərilməsini təmin edir. Bu səbəbdən də digərölkələrdən gələn miqrantların sayı kəskin şəkildə azalır.

Seçilən
0
49
az.trend.az

10Mənbələr